Kulevi limanı 2100-cü tankeri qəbul edib

Kulevi limanı 2100-cü tankeri qəbul edib
10:22 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Kulevi limanında (Qara dəniz, Gürcüstan) 2 100-cü tanker qəbul edilib, yüklənib və yola salınıb.
“Report” bu barədə Kulevi “Black Sea” Terminalına istinadən xəbər verir.
Qeyd edilib ki, Kulevi neft terminalı və limanında əməliyyatlar 2008-ci il mayın 16-da başlanıb və bir aydan da az müddət sonra ilk tanker qəbul edilib: “Doqquz il ərzində uğurlu əməliyyat göstərən Kulevi limanı ümumi infrastrukturunu elə səviyyədə təkmilləşdirtib ki, istənilən şirkətin ehtiyacını ödəyə bilir. Bu, nəzərəçarpan inkişafdır. Limanın tutumu artırılıb, eyni zamanda qəbuletmə, yüklənmə və yolasalma əməliyyatlarının payı artıb”.
Xatırladaq ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/kulevi-limani-2100-cu-tankeri-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR