Polis məntəqəsinə HÜCUM: 25 polis öldürüldü

Polis məntəqəsinə HÜCUM: 25 polis öldürüldü
10:28 22 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə və ölkənin cənubunda yerləşən Zabul bölgəsində gecə fərqli saatlarda Taliban üzvləri tərəfindən qanlı hücum aktları həyata keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücumlardan birinin hədəfi isə polis məntəqəsi olub. Hücum nəticəsində 25 əfqan polisi həlak olub, 15 polis isə yaralanıb.

“Taliban” qüvvələri mülki şəxslərə qarşı da terror aktı həyata keçirib. Terrorçular paytaxt Kabildə yerləşən qonaq evinə silahlı hücum təşkil ediblər. Bu hücum nəticəsində isə biri Almaniya vətəndaşı olmaqla, 2 nəfər həlak olub.

Hələlik Taliban hücumların məsuliyyətini üzərinə götürməyib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR