Fazil Mustafa dərslərin sentyabrın 1-də başlaması üçün PETİSİYA BAŞLATDI

Fazil Mustafa dərslərin sentyabrın 1-də başlaması üçün PETİSİYA BAŞLATDI
10:38 22 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır. Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram”.

Publika.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib.

Onun sözlərinə görə, bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər: “Əvvəllər sovet dövründə qəbul imtahanları avqust ayında qurtarırdı, tədris proqramı tələsik də olsa sentyabrın 1-dən start götürürdü. İndi isə artıq iyul ayına imtahan qalmır, kifayət qədər tədris prosesinə hazırlıq vaxtı yaranır, niyə bu fürsəti qaçırırıq, doğrusu anlamaq olmur. İyun ayının ortalarına qədər tədrisin uzaldılmasının da ciddi əsaslandırılmasını görmürəm. Üstəlik də ölkənin paytaxtı Bakı şəhərində iyun ayında hələ bir neçə il Formula 1 yarışları keçiriləcək, əslində məktəblərin fəaliyyət göstərməsi bu mötəbər yarış üçün də müəyyən çətinliklər yaradır. Hamı məcburdur bu ərəfədə uşağını məktəbə aparsın, tıxac və başqa problemlər qarşıya çıxır. İyun ayında heç effektli dərs də keçirilmir, həm müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər”.

Qeyd edək ki, artıq bununla bağlı petisiya başlayıb. Petisiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

Hazırda Azərbaycanda dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda yekunlaşır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/199690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR