İslamiadada maraqlı hadisə: nigeriyalı güləşçi qələbəsini belə qeyd elədi - VİDEO

İslamiadada maraqlı hadisə: nigeriyalı güləşçi qələbəsini belə qeyd elədi - VİDEO
10:42 22 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları idman mübarizəsi ilə yanaşı əsl bayramı əhval-ruhiyyəsi ilə yadda qalacaq.

Milli.Az xəbər verir ki, İslamiadanın güləş yarışlarının keçirildiyi Heydər Əliyev adına İdman Arenasında maraqlı anlar yaşanıb. Arenada güləş yarışlarının son günü Nigeriyanın qadın güləşi üzrə yığma komandasının 55 kq çəki dərəcəsindəki təmçilçisi Odunayo Folasade Adekuoroye İslamiadanın qızıl medalını qazanmasını gözəl bir mahnı və rəqs ifası ilə qeyd edib. Onun bu ifası sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, nigeriyalı Odunayo Folasade Adekuoroyenin qalib olduğu çəkidə Azərbaycan güləşçisi Natalya Sinişin gümüş, Türkiyə idmançısı Bediha Gün bürünc medal qazanıb.

Videonu izləmək üçün şəklə klikləyin:
İslamiadada maraqlı hadisə - Nigeriyalı güləşçi qələbəsini belə qeyd elədi

Xatırladaq ki, 200 milyon əhalisi olan Nigeriya 4-cü İslam Həmrəyliyi Oyunlarında 2-si qızıl, 3-ü gümüş, 1-i bürünc olmaqla ümumilikdə 6 medal qazanaraq komandaların medal sıralamasında 17-ci yerdədir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR