Yunanıstan prezidenti Türkiyəyə gedir

Yunanıstan prezidenti Türkiyəyə gedir
10:53 22 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı"nın (QDİƏT) sammiti keçirilir.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan Yunanıstanın prezidenti Prokopis Pavlopulosa sammitə qatılması üçün dəvət göndərib.

Yunanıstanın 67 yaşlı prezidenti Prokopis Pavlopulos təxminən 3 həftə əvvəl dəvəti qəbul edib.

Pavlopulos uzun illərdən sonra Türkiyəni ziyarət edəcək ilk Yunanıstan prezidenti hesab olunur. Daha əvvəl Ərdoğan ilə Pavlopulos müxtəlif mövzularda bir neçə dəfə telefon əlaqəsi saxlayıb.

Yunan prezident QDİƏT-in 25 illik yubileyinə həsr olunmuş sammitdə iştirak etmək üçün bu gün İstanbula gedəcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR