Azərbaycanlı xanəndə İranda konsert verəcək

Azərbaycanlı xanəndə İranda konsert verəcək
10:54 22 May 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Xanəndə Qoçaq Əsgərov və iranlı həmkarı Nasir Ətapur birgə konsert proqramı ilə çıxış edəcək. Lent.az-ın məlumatına görə, tədbir mayın 25-də Tehranın “Vahdat Hall”nda keçiriləcək.

Hər iki xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov və başqaları müşayiət edəcək.

İfaçılar Azərbaycan muğamları, təsnifləri və xalq mahnıları səsləndiriləcək.

Qeyd edək ki, Qoçaq Əsgərov səhnədə "Azərbaycan muğamının şahzadəsi" kimi təqdim ediləcək. Ona bu ad Şanxayda "Shanghai World Music Festival-2014" zamanı verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR