Beyonse: "Əkizlərimin doğulmasına az qalıb" - FOTO

Beyonse: "Əkizlərimin doğulmasına az qalıb" - FOTO
11:05 22 May 2017
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı müğəni Beyonse Noulsun hamiləliyinin başa çatmasına, əkizlərini dünyaya gətirməsinə az qalıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 35 yaşlı müğəni və onun əri, milyarder reper-prodüser Cey Zi ailələrində yeni övladların dünyaya gəlişinə az qalması münasibətilə Beverli-Hillsdəki malikanələrində "'Carter Push Party" təşkil ediblər.

Partiyə dəvət olunmuş qonaqlar arasında Serea Uilyams, Tina Nouls, La La Entoni Vanessa Baer də vardı.

Qonaqların hamısı Afrika geyimlərində olub, partidə Afrika ritmləri səslənib.

Beyonse partidə çəkilmiş fotolarını İnstagram-dakı profilində paylaşıb.

O, qızı Blyu Ayvi ilə birlikdə çəkdirdiyi fotonu "Əkizlərimin doğulmasına az qalıb" sözləri ilə müşayiət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR