39 nəfərin öldürüldüyü məşhur gecə klubu 45 dəqiqəyə "yoxa çıxdı" - FOTO

39 nəfərin öldürüldüyü məşhur gecə klubu 45 dəqiqəyə "yoxa çıxdı" - FOTO
11:05 22 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində dekabrın 31-dən 1-nə keçən gecə terror aktının törədildiyi məşhur əyləncə mərkəzi sökülür.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, 39 nəfərin qətlə yetirildiyi "Reina" klubunun səhər saatlarından etibarən başlayan söküntü prosesi artıq başa çatıb.

"Reina"dakı söküntünün səbəbi ilə əlaqədar isə dəqiq bir məlumat əldə edilməyib. Söküntü işlərini aparan şirkətə yaxın bir qaynaq artıq maşınların ərazidən ayrıldığını bildirib: "Bizim üçün də gözlənilməz bir vəziyyət oldu. Söküntü işi 45 dəqiqə çəkdi. Dağıdıb ərazini tərk etdilər".

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR