İrandan Trampa sərt cavab

İrandan Trampa sərt cavab
11:08 22 May 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Xarici İşlər Naziri Cavad Zərif tviter sosial şəbəkəsi vasitəsilə ABŞ prezidenti Donald Trampa sərt ismarıc göndərib.

Publika.az xəbər verir ki, Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən "ABŞ-Avropa və İslam Ölkələri Sammiti"də iştirak edib.

ABŞ lideri çıxışında İranı Bəşər Əsədə kömək etməkdə ittiham edib:

"Bəşər Əsəd İrandan dəstək alaraq bu qədər dəhşətli hadisələr törədir. İran rejimi hər zaman qlobal terrorizmə dəstək verib. Onlar məqsədi dünya ölkələrində baş verən terror hadisələrinə başçılıq edərək bölgələrdə xaos yaratmaqdır".

Buna cavab olaraq İranın xarici işlər naziri Cavad Zərif tviter hesabında "İran daha bir həqiqi seçkiləri geridə qoyub. Lakin demokratiyanın beşiyi adlandırılan Amerikanın lideri tərəfindən təzyiqlərə məruz qalır" - fikirlərini yazıb.

"Bu xarici siyasətin bir növüdür, yoxsa Səudiyyə Ərəbistandan alınan 480 milyard dolların qarşılığı?" - deyə nazir fikrini bitirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR