Bakı-Qazax yolunda 5 nəfərin öldüyü qəzanın

Bakı-Qazax yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəzanın baş vermə səbləri ortaya çıxıb.

Hadisə ilə bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov bildirib ki, qəzaya səbəb 17 yaşlı sürücü olub. Amma qanunvericiliyə əsasən, 17 yaşlı gəncin sürücülük hüququ ola bilməz:

“Qəzanın xarakteri və gələn məlumatlar hədsiz yüksək sürətin olduğunu təsdiqləyir. Hadisəni şərh edən heç kəs orada yola diqqət etmir. Amma fotodan aydın görünür ki, yolun kənarında dərhal xəndək başlayır. Belə yol dünyanın ən təhlükəli yolları sayılır, çünki yoldan çıxan avtomobilin sürücü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Belə xəndək olmasa, avtomobil bir neçə dəfə çevirilsə də, içərisində sağ qalmaq şansı yüksəkdir. Və ən başlıcası, yolların hər yerinə dəmir sədd düzənlər bilməlidirlər ki, həmin sədd məhz belə yolun qırağında olmalıdır ki, taleyi ilə oynayan gəncə yaşamaq şansı qalsın.

Həmin yolda sürət həddi yüksəkdir

Yolun həmin sahəsində belə xəndəyin, az da olsa döngənin, habelə enişin olmasına baxmayaraq, orada 110 KM/SAAT sürət qoyulub. Bu sürət əvvala qanunumuza ziddir, daha sonra nə kənarı xəndəkli yola, nə də orada maşın sürən təfəkkür qüsurlu insanlara uyğun deyil.

Qeyd edək ki, faciə ötən gün Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR