22 may- Beynəlxalq Biomüxtəliflik Günüdür

22 may – Beynəlxalq Biomüxtəliflik Günüdür.

Metbuat.az xəbər verir ki, 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməyə əsasən, 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq bioloji müxtəliflik günü” elan edib. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunub. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.

Hər il bir şüar altında qeyd olunan həmin təqvimin cari ildəki mövzusu “Biomüxtəliflik və dayanıqlı turizm”dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR