Azərbaycanın iki məşhuru Amerikaya köçəcək - "Greencard" uddular

Azərbaycanın iki məşhuru Amerikaya köçəcək - "Greencard" uddular
11:24 22 May 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

 

Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb.

 

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı “Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

 

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.

 

Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var.  İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısınında yer alıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275130

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR