Trampın xanımı başını bağlamadı - Ərəblərin acığına - FOTO

Trampın xanımı başını bağlamadı - Ərəblərin acığına - FOTO
11:32 22 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına rəsmi səfərinin maraqlı məqamlarından biri də onun xanımı Melanya Trampın Ər-Riyadda olarkən başını bağlamaması idi.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Melanya Tramp bu minvalla Səudiyyə Ərəbistanına səfər edən qərbli qadın dövlət və hökumət başçılarının, habelə birinci xanımların baş bağlamamaqla bağlı "etiraz aksiya"larını dəstəkləyib.

Səudiyyə Ərəbistanındakı qaydalara görə, qadınlar əbayya geyinməli, mütləq başlarını bağlamalıdır.

Melanya Tramp isə Ər-Riyaddakı səfər zamanı mühafizəkar stilli geyimləri seçməklə kifayətlənib.

Qadınların hüquqlarının məhdudlaşdırıldığı Səudiyyə Ərəbistına səfərə yollanan qərbi qadın siyaasətçilər başlarını bağlamayanda bu, artıq siyasi bəyanata çevrilir.

Səudiyyə Ərəbistanının XİN başçısı Adil bin Əhməd əl Cübeyr olayla bağlı sualları cavablayarkən deyib: "Melanya Trampın seçimi onun şəxsi işidir". Yəni o, durumun qalmaqal yaratmadığına işarə vurub. Lakin bu, Melanyanın başıaçıq olduğunu Ər Riyadda rəsmi şəxslərin görməməsi anlamına gəlmir. Əksinə, hamı gördü.

Almaniyanın kansleri bu ilin mayın 1-də Səudiyyə Ərəbistanında kral Əbdüll Əziz əl Səudla görüşdə başıaçıqdı. Britaniyanın baş naziri Tereza Mey də aprel ayında Ər-Riyadda olanda başını bağlamamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR