Ərdoğan xəbərdarlıq etmişdi: Qanlı savaş üçün İŞĞAL ŞURASI

Ərdoğan xəbərdarlıq etmişdi: Qanlı savaş üçün İŞĞAL ŞURASI
11:33 22 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-PYD ittifaqı tərəfindən Rakka Şurası adı altında “işğal şurası” yaradılıb.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, 97 nəfərlik siyahıda Almaniya, İngiltərə, Küveyt və ABŞ vətəndaşları yer alıb.

Rakkanın İŞİD-dən azad edilməsindən sonra siyasi və hərbi idarəçiliyi formalaşdıracaq şəxslər PKK-nın əsas qərargahı olan Qəndil tərəfindən müəyyənləşdirilib. Aprelin 18-də isə Rakkaya bağlı Ayn İsa qəsəbəsində amerikalı səlahiyyətlilərin də qatıldığı toplantıda siyahının son şəkli hazırlanıb.

ABŞ-PYD ittifaqı tərəfindən yaradılan şurada Rakkada qeydiyyatda olan heç kim yoxdur. Siyahıda Suriya rejiminə bağlı 9 şəxs var.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, ərəb şəhəri olan Rakkanın İŞİD-dən təmizlənməsində kürd döyüşçülər – YPG gücləri iştirak etməməlidir. Ərdoğanın sözlərinə görə, Rakkanın İŞİD-dən azad edilməsində YPG-dən istifadə etmək kürdlərlə yerli xalq olan ərəbləri biri-biri ilə vuruşdurmaq deməkdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199700.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR