"Eurovision-2017" müsabiqəsinin ən pis səhnə kostyumu geyən ifaçısı müəyyənləşib

"Eurovision-2017" müsabiqəsinin ən pis səhnə kostyumu geyən ifaçısı müəyyənləşib
11:37 22 May 2017
92 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Monteneqro təmsilçisi Slavko Kaleziç Kiyevdə keçirilən "Eurovision 2017" mahnı müsabiqəsində ən pis səhnə kostyumunu geydiyinə görə Barbara Deks mükafatını qazanıb.
"Report" "Esctoday"ə istinadən xəbər verir ki, tamaşaçılar arasındakı səsverməyə görə, ikinci yeri Latviyanı təmsil edən "Triana Park" qrupu tutub. Üçüncü yerdə isə Çexiya nümayəndəsi Martina Barta qərarlaşıb.
Qeyd edək ki, Barbara Deks mükafatı 1997-ci ildən tamaşaçıların ən pis səhnə geyiminə malik olaraq seçdiyi ifaçıya təqdim olunur. Mükafat 1993-cü ildə müsabiqədə dizaynını özünün verdiyi paltarı geyinən belçikalı Barbara Deksin adı ilə bağlıdır. Belə ki, həmin vaxt azarkeşlər həmin paltarın dəhşətli olduğunu bildirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/eurovision-2017-musabiqesinin-en-psi-sehne-kostyumu-geyen-ifacisi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR