DİN Biləsuvarda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Biləsuvarda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
11:42 22 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.
Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/di-n-bilesuvarda-bas-veren-qetl-hadisesi-ile-bagli-melumat-yayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR