İniesta: ""Real" çempionluğa layiq idi"

İniesta: ""Real" çempionluğa layiq idi"
11:47 22 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın kapitanı Andres İniesta İspaniya Primerasının 2016/17 mövsümünün sonuncu turundan sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "Real"ın çempionluğa daha layiq olduğunu qeyd edib.

"Bizim qələbəmiz şirin-acı qələbə oldu. Son 7 oyunda qalib gəlməklə əlimizdən gələni etdik. Amma "Real" bizdən bir az güclü və çempionluğa daha layiq komanda idi. Stabil olmadıq, çempiondan cəmi 3 xal geri qalmışıq.

"Eibar"la oyunun fasiləsində öyrəndik ki, "Real" səfərdə "Malaqa"ya qalib gəlir. İstənilən halda, məqsədimiz qələbə idi. Mövsümü kifayət qədər major notlarla başa vurmaq üçün növbəti həftə İspaniya Kubokunu qazanmaq şansımız var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR