Salyanda 23 yaşlı gəlin 7 aylıq körpəsi ilə evdən qaçdı

2015-ci ilin avqustunda 7 aylıq qızını da götürərək, evdən qaçan Salyan rayon sakini (02.06.1994-cü il təvəllüdlü) Xanpəri Hüseynova haqda məlumat var.

Metbuat.az xəbər verir ki, Salyan rayonunun I Varlı kənd sakini Aslan Əsədov (27.08.2015-ci il tarixdə) Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdi. O, müraciətində bildirmişdi ki, həyat yoldaşı Xanpəri Hüseynova azyaşlı qızı (13.02.2015-ci ildə anadan olmuş) Nuray Əsədovanı da götürərək, avqustun 23-də saat evdən çıxıb. O, evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini və uşağa aid geyim əşyalarını da götürüb.

Salyan Rayon Polis Şöbəsindən Metbuat.az-a verilən açıqlamaya görə, Xanpəri Hüseynova artıq tapılıb:

“O xanım elə 2015-ci ildə, axtarışa veriləndən təxminən 1 həftə sonra Şirvan şəhərində tapıldı. Ailə münaqişəsinə görə Şirvana valideynlərinin evinə getmişdi. Həyat yoldaşı ilə barışıb, Şirvana getdi”.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR