Şamaxıda ağır qəza: yaralılar var

Şamaxıda ağır qəza: yaralılar var
11:57 22 May 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Samaxı avtomobil yolunun 117-ci kilometrliyində qeydə alınıb. Qəbələ rayon sakini, 1969-cu il təvəllüdlü Cavid Qəribovun idarə etdiyi 99-FG-931 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik avtomobili qarşı tərəfdən gələn Qobustan sakini, 1977-ci il təvəllüdlü Əliyev Elsevər Gülalı oğluna məxsus 56-BE-991 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişin, Şamaxı rayon sakini Mustafayev Şahlar Şahbaz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/547151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR