Qoltuqaltı qaralmalardan belə xilas olun

Qaralmış qoltuqaltı insanlarda narahatçılıq yaradır.

Metbuat.az xəbər verir ki, bu problemdən təbii üsullarla xilas ola bilərsiniz.

Kartofla ağartmaq: Bir neçə kartof dilimləyib, qoltuq altınızı onunla ovxalayın. 5-10 dəqiqə saxlayıb ilıq su ilə yumağınız kifayətdir.

Limonla ağartmaq: Dəridəki qaralmalar üçün ən effektiv vasitə limondur. Duş öncəsi qoltuq altınızı bir limon dilimi ilə ovxalayın. Beləcə tökülən ölü dərilər sayəsində problemdən xilas olacaqsınız. Limon dəridə reaksiya yarada bildiyindən xiyar suyu ilə qarışdırıb istifadə edə bilərsiniz.

Qoltuqaltı qaralmalasına tətbiq olunacaq təbii üsullardan biri də sodadır. Sodanı su ilə qarışdırıb qaraltı olan bölgəyə tətbiq edin. Soda həm pis qoxunun yox olmasına yardım edir, həm də tıxanmış məsamələri açır.

Şəkər tozu maskası: 1 stəkan qara şəkər tozu və 3 şorba qaşığı zeytun yağını qarışdırıb qoltuqaltınıza nəmləndirici sürtdükdən sonra tətbiq edin. Bu qarışığı həftədə 1 dəfə etməlisiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR