​Çin istehsalı avtomobil sürənlər

Çin istehsalı avtomil sürənlər diqqətli olsalar yaxşıdır. Çünki avtomobil ustası Sahil Ağabəylinin həmin sürüclərə məsləhəti var.

Metbuat.az bildrir ki, “9192” sms xidmətinin yaydığı məlumata əsasən, Çin istehsalı avtomobillərin mühərriklərinə istənilən yağı tökmək olmaz. Belə olan təqdirdə, avtomobilin mühərriki tez sıradan çıxır.

Videoda göstərilir ki, 2013-cü il Çin istehsalı “Foday” markalı avtomobilə çox adam “5-30” yağı tökür. Amma həmin avtomobilə “15-40” yağı tökülməlidir. Sahil usta bildirir ki, avtomobilə zavod tərəfindən məsləhət olunmayan yağ tökdükdə, mühərrik tez sıradan çıxır. Bu səbəblə, Çin istehsalı avtomobil sürücüləri avtomobilə yağ tökməzdən əvvəl ya mühərrikin üzərinə, yaxud da avtomobilin kitabçasına baxmalıdır.

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR