"Pakistan"lı futbolçu Roberto Karlosu təəccübləndirdi - VİDEO

"Pakistan"lı futbolçu Roberto Karlosu təəccübləndirdi - VİDEO
12:05 22 May 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya futbolunun canlı əfsanəsi Roberto Karlos qatıldığı televiziya proqramında sürprizlə qarşılaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötənlərin ulduz futbolçusu canlı yayımda yarışdığı şəxsin kimliyini öyrənincə xeyli sevinib.

Belə ki, Karlos topun yerə düşməməsi şərtilə paslaşdığı insanın pakistanlı olduğunu zənn edib. Rəqibinə yenilincə təəccüblənən 44 yaşlı mütəxəssis qarşısındakının taxma saç və saqqalı çıxarması ilə şoka düşüb. Çünki rəqibi uzun illər Braziliya millisində çiyin-çiyinə oynadığı Rivaldo idi. Keçmiş dostunu görüncə böyük sevinc yaşayan sabiq müdafiəçi Rivaldonun yanına gedərək, onu qucaqlayıb.
 
Qeyd edək ki, Rivaldo ilə Roberto Karlos 1993-cü ildən 2003-cü ilə qədər Braziliya yığmasında komanda yoldaşı olublar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Pakistan"lı futbolçu Roberto Karlosu təəccübləndirdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR