AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə müraciət edən olmayıb

AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə müraciət edən olmayıb
12:07 22 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti ilə müraciət edən olmayıb.
Bu barədə “Report”a AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
O, bildirib ki, Lisenziyalaşdırma Qrupu tərəfindən imtina barədə bildiriş göndərilən klublardan heç biri ötən 9 gün ərzində quruma müraciət etməyib: “Mayın 12-də apellyasiya şikayəti üçün 10 gün vaxt verilib və həmin müddət bu gün başa çatır. Hələlik heç bir klub tərəfindən müraciət daxil olmayıb. Saat 18:00-a qədər vaxtları var”.
Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının mayın 12-də keçirilən iclasında lisenziyalaşdırılma üzrə qaydaların 8-ci maddəsi üzrə müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş “İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt” və “Zirə” klublarına, Premyer Liqada iştirak üçün isə “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Əvəzində AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” lisenziya ala bilməyib. Bu isə Azərbaycan Premyer Liqasında 2017-2018 mövsümündə də 8 komandanın çıxış edəcəyi deməkdir. 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-lisenziyalasdirma-uzre-apellyasiya-komitesine-muraciet-eden-olmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR