Füzulidə ağır yol qəzası baş verib, 1 nəfər ölüb 3 nəfər xəsarət alıb

Füzulidə ağır yol qəzası baş verib, 1 nəfər ölüb 3 nəfər xəsarət alıb
12:07 22 May 2017
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Alxanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin  kəndin sakini Babək Qurbanov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb. 
Nəticədə sürücü B.Qurbanov və sərnişinləri - Taciəddin Qurbanov, Loğman Qurbanov və Zamiq Məmmədov  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan T.Qurbanov orada ölüb.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/fuzulide-agir-yol-qezasi-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR