Super Liqa klubu millimizin futbolçusunu transfer edir

Super Liqa klubu millimizin futbolçusunu transfer edir
12:17 22 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin futbolçusu Dəniz Yılmaz Türkiyənin "Bursaspor" klubundan ayrıla bilər. Fanat.Az xəbər verir ki, hücumçu karyerasını yenə Super Liqada davam etdirəcək.


Belə ki, Dəniz Yılmazın xidmətində "Osmanlıspor" maraqlıdı. İddialara görə, hazırda Ankara klubuna başçılıq edən Hamza Hamzaoğlu "Bursaspor"da rəhbərliyi altında oynamış futbolçunun transferini istəyib.


Dəniz Yılmaz 2013-cü ildə Almaniyanın "Maynts 05" klubundan 250 min avroya "Elazığspor"a keçib. Elazığ təmsilçisi 1 il sonra onu 1,8 milyon avroya "Trabzonspor"a satıb. 2016-cı ildə transfer haqqı ödənmədən "Bursaspor"a keçən 29 yaşlı hücumçu bu klubda 34 oyunda 11 qol vurub.


Qeyd edək ki, D.Yılmaz bir müddət əvvəl "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. Türkiyə mətbuatı 29 yaşlı hücumçunun əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırıldığını iddia edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-super-liqa-klubu-millimizin-futbolcusunu-transfer-edir-t58249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR