Rekorda az qalmışdı

Rekorda az qalmışdı
12:17 22 May 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin quru seriyası qırılıb. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinin 3 oyununda və 1/4 finalında qol buraxmayan yığmamız turnirin son matçında qapısında top görüb.

Omanla final qarşılaşmasının (2:1) 56-cı dəqiqəsində Əl-Yəhyayi millimizin qapısına yol tapıb.
 
Beləliklə, Şahrudin Məhəmmədəliyevin quru dəqiqələri 415 dəqiqə sürüb. O, Kamerun (0:0), Səudiyyə Ərəbistanı (2:0), Mərakeş (0:0) və Əlcəzairlə (2:0) görüşlərdəki uğurunu təkrarlaya bilməsə də, İslamiadanın çempionu olub.
 
Yığmamız İslam Həmrəyliyi Oyunlarının mütləq rekordunu yeniləyə bilməyib. 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən turnirdə İran millisi daha uzun müddət qapısını toxunulmaz saxlayıb. Yığmamız kimi ardıcıl 4 quru oyun keçirən cənub qonşularımız yarımfinalın 72-ci dəqiqəsində qola üzülüb. 431 dəqiqə qol buraxmayan İran yığmasına çatmaq üçün komandamıza cəmi 16 dəqiqə çatmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR