"Yuventus" "Qarabağ"a çatdı

"Yuventus" "Qarabağ"a çatdı
12:22 22 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A seriyasının XXXVII turunda "Krotone" üzərində 3:0 hesablı qələbə qazanan "Yuventus" sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tarixində 33-cü dəfə ölkə çempionu olan "qoca sinyora" ilklə yadda qalıb.

Belə ki, Turin təmsilçisi ardıcıl 3-cü dəfə "qızıl dubl"a imza atıb. Massimiliano Alleqrinin komandası İtaliya Kubokunun finalında da "Latsio"ya qalib gələrək, bu titula yiyələnmişdi.
 
Bununla, "Yuve" "böyük beşlik" ölkələri (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) arasında ardıcıl 3 mövsüm hər iki titula (çempionat və kubok) sahib çıxan ilk klub olub.
 
Yeri gəlmişkən, Azərbaycan çempionu "Qarabağ" da cari mövsümü "qızıl dubl"la tamamlayaraq, ardıcıl 3-cü dəfə bu uğura yiyələnib.
 
"Qızıl dubl" sayında dünya rekordu isə Tiflis "Dinamo"su ilə "Paxtakor"a məxsusdu. Onlar müvafiq olaraq, Gürcüstan və Özbəkistanda 6 mövsüm ardıcıl çempionluqla kuboku bayram edib. Daha iki komanda 5, ikisi isə 4 mövsüm uğurları sıralayıb. Bu komandalar ikinci, üçüncü dərəcəli futbol ölkələrini təmsil edənlərdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR