İslamiadanın son günündə Azərbaycan idmançılarından yenə MEDALLAR

İslamiadanın son günündə Azərbaycan idmançılarından yenə MEDALLAR
12:22 22 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan idmançısı Elçin Eminov (56) İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşıb və gümüş medalla kifayətlənib.

65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov da həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Oyun İran idmançısının qələbəsi ilə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev final qarşılaşmasına baxıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2757544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR