İslamiada: Kişilərdən ibarət stolüstü tennis komandası gümüş medal qazanıb

İslamiada: Kişilərdən ibarət stolüstü tennis komandası gümüş medal qazanıb
12:37 22 May 2017
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən kişilərdən ibarət komanda gümüş medal qazanıb. "Report"un məlumatına görə, Xinqtay Çen, Jinq Ninq və Miao Vanqdan ibarət heyət finalda İrana uduzub - 1:3.
Jinq Ninq Neda Şahsavarini 3:0 hesabı ilə yensə də, Miao Vanq və Xinqtay Çen ayrı-ayrılıqda Mahşid Aştariyə 2:3, Xinqtay Çen / Miao Vanq dueti Maryam Samet / Neda Şahsavari cütlüyünə 1:3 hesabı ilə uduzub.
Beləliklə, Azərbaycan stolüstü tennisçiləri İslamiadanı 2 gümüş, 1 bürünc medalla başa vurublar. Jinq Ninq qadınların fərdi yarışında gümüş, kişilərdən ibarət komanda isə bürünc medala sahib olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-kisilerden-ibaret-stolustu-tennis-komandasi-gumus-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR