Kür çayında suyun səviyyəsi artıb...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən Metbuat.az-a bildirilib ki, mayın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 61 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 787 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 314 kubmetr olmaqla ongünlük normanın 45 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 179 kubmetr olmaqla ongünlük normanın 90 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 166 kubmetr təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Mayın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 7, Bankədə 20 santimetr azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 (2016-cı il mayın 22-də 375 sm), Şirvanda 263, Salyanda 200 (2016-cı il mayın 22-də 177 sm), Bankədə 173 (2016-cı il mayın 22-də 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 santimetr (2016-cı il mayın 22-də 80 sm) təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR