Atasını qətlə yetirən oğul həbs edilib

Biləsuvar rayonunda atasını qətlə yetirib basdıran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.

Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR