Azərbaycan İslamiadanı 75 qızıl, 50 gümüş, 36 bürünc medalla başa vurub

Azərbaycan İslamiadanı 75 qızıl, 50 gümüş, 36 bürünc medalla başa vurub
12:57 22 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycanın uşu üzrə milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurub.
"Report"un məlumatına görə, bu növ üzrə heç bir idmançı qızıl medal qazana bilməyib. Elçin Eminov (56 kq) finalda iranlı Mahdi Mohammadiyə, Bayram Şəmmədov (65 kq) Farud Zəfəriyə, Vüqar Kərəmov (70 kq) isə Səid Faziliyə uduzub. Bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) əldə edib.
Bu gün daha bir gümüş medala stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Bu dəfə də qızıl medalı qazanmağa İran mane olub.
Beləliklə, Azərbaycan idmançıları İslamiadadakı çıxışlarını 75 qızıl, 50 gümüş və 36 bürünc olmaqla, 161 medalla başa vurublar. Medal əyarında təşkilatçı ölkə birinci yeri tutub.  

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-i-slamiadani-75-qizil-50-gumus-36-burunc-medalla-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR