Səhhəti pisləşən Könül Xasıyevaya yardım olunacaq: "Dişim, saçım tökülüb"

Səhhəti pisləşən Könül Xasıyevaya yardım olunacaq: "Dişim, saçım tökülüb"
13:34 22 May 2017
152 Digər
Ölkə mətbuatı
A- A+

 

Səhhətinə görə xeyli müddətdir efirlərdən uzaq düşən xalq artisti Könül Xasıyeva “10-dan sonra” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, xalq artisti efirdə bildirib ki, onurğa iflicindən əziyyət çəkir:


“Haqqımda gedən bütün yazılara son qoysunlar. Ən azından mənim yaşlı atam-anam var. Dəri xərçəngi ilə bağlı yazı çıxmışdı. Kimsə bunu anama deyib. Şəkər xəstəsidir, təzyiqi var, çox çətin anlar yaşayıb. Düzdür, səhhətimlə bağlı bəzi problemlərim var, övladım da xəstədir. Ancaq mən dəri xərçəngindən əziyyət çəkmirəm. Ömrümün 6 ilini övladıma həsr elədim, heç kimə bildirmədim. Özüm o yükün altına tək girdim. Oğlum Kazımın indi 9 yaşı var. 3 yaşından narahatdır. Son 2 ildə vəziyyəti daha da pisləşib. Hər şeydən geri çəkildim. Evimi, maşınımı oğlumun yolunda qurban elədim. Amma əvəzində balamı, çox şükür, ikinci dəfə qazandım. Hər il özüm müalicələr götürürəm. Kazımla əlaqəli 2 il müalicələrə getmədim. Buna görə də, səhhətimdəki problemlər üstələdi məni. Onurğamda problemlər yaranıb, iflicdir. Stress yaşayıram. Allah ömür verərsə, yaşayaramsa, səhnəyə dönmək imkanım olarsa, yenə də həyatım əvvəlki kimi davam edəcək".
 

Qeyd edək ki, verilişin sonlarına yaxın aparıcı Hacı Nuran telefonla efirə qoşularaq “Həyat” fondunun Könül Xasıyevaya kömək edəcəyini bildirib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR