​“Kralın inəyi” Bakını tərk etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı ölkəmizdəki qastrol səfərini uğurla yekunlaşdıraraq geri dönüb.

Metbuat.az xəbər verir ki, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan səfər zamanı 20-21 may tarixlərində qonaqlar paytaxt tamaşaçılarına 4 tamaşa nümayiş etdirib.

Gürcüstan teatrı daimi tamaşaçılarımıza L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşasını nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.

Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.

Qastrol səfərinin bağlanış mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirərək iki teatr arasında gələcəkdə də yaradıcılıq əməkdaşlığının qastrol tamaşaları, rejissor və aktyor mübadilələri ilə möhkəmlənəcəyini vurğulayıblar. M.Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib. Daha sonra qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir və hər bir qonaq aktyora Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən hədiyyələr təqdim edilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR