İsraildə motosiklet insanları əzdi: 4 yaralı

İsraildə motosiklet insanları əzdi: 4 yaralı
13:47 22 May 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin paytaxtı Tel-Əvivdə avtomobil motosikletlə toqquşub. Vurulan motosiklet səkidə piyadaların üzərinə sürüşüb. Nəticədə 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az "İsraelnationalnews"a istinadla bildirir ki, hadisə İsrail saatı ilə 11:22-də Nahalat Binyamin küçəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. Yaralılar "Ichilov Hospital"ına çatdırılıblar.

İlkin araşdırmalara görə, hadisə, sadəcə, yol qəzasıdır, terror izi yoxdur.

Qeyd edək ki, Donald Tramp qısa müddət sonra Təl-Əvivdəki Ben Gurion Havalimanına enəcək.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR