Azərbaycanda 54 min 697 nəfər dünyasını dəyişib

2015-ci ildə bu və digər ölüm səbəblərindən 54 min 697 nəfər dünyasını dəyişib.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 32 min 825 nəfər qan dövranı sisteminin xəstəliklərindən, 7 min 278 nəfər yenitörəmələrdən, 2 min 856 nəfər həzm sisteminin xəstəliklərindən, bəzi infeksion və parazitar xəstəliklərdən 510 nəfər, qan və qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlarından 51 nəfər, endokrin sistemin xəstəlikləri və qidalanma, maddələr mübadiləsi pozğunluqlarından 1264 nəfər, psixi pozğunluqlar və davranış pozğunluqları xəstəliklərindən ölüm halı aşkarlanmayıb. 1047 nəfər sinir sisteminin xəstəliklərindən, tənəffüs orqanlarının xəstəliklərindən 1712 nəfər, həzm sisteminin xəstəliklərindən 2856 nəfər, dəri və dərialtı toxumanın xəstəliklərindən ölüm halı aşkarlanmayıb. Sidik-cinsiyyət sisteminin xəstəliklərindən 1136 nəfər, sümük-əzələ sisteminin və birləşdirici toxumaların xəstəliklərindən 13 nəfər, hamiləlik, doğuş və zahılıq dövründə 24 nəfər dünyasını dəyişib. Perinatal dövrdə meydana çıxan bəzi hallardan 1233, anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozgunluqları) 238, digər rubrikalarda təsnif olunmayan klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan 1864, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən isə 2646 nəfər dünyasını dəyişib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR