Trampın laynerinə xüsusi hava dəhlizi hazırlandı - İsrailə getmək üçün

Trampın laynerinə xüsusi hava dəhlizi hazırlandı - İsrailə getmək üçün
14:08 22 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp onun üçün xüsusi olaraq hazırlanmış hava dəhlizi ilə Səudiyyə Ərəbistanından İsraildə gəlib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Trampın İsrailə səfərini birbaşa yayımlayan yerli telekanallar bildirib.

Telekanalların məlumatına görə, İsrail və Səudiyyə Ərəbistanı arasında aviarabitə olmadığına görə ABŞ prezidentinin olduğu layner üçün yeni hava dəhlizi çəkmək lazım olub.

Tramp və xanımı Melaniya Təl-Əvivdən sonra vertolyotla Qüdsə yola düşəcək. O, burada iki gün ərzində siyasi danışıqlarda və mədəni tədbirlərdə iştirak edəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR