Nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürməsi ötən gün bölgələrdə bir sıra fəsadlara yol açıb.

Göyçay rayonuna güclü küləklə müşayiət olunan leysan yağışı yağıb, dolu düşüb. Bərdə rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Rayonun kənd və qəsəbələrində elektrik dirəkləri aşıb, fərdi yaşayış evləri və binaların dam örtüyü dağılıb. İsmayıllıda yağan leysan yağış, külək və dolu şəhər təsərrüfatına və kəndlərə ciddi ziyan vurub.

“Əvvəlki illərlə aparılan hirometroloji müşahidələrə əsasən, ölkə ərazisində öncəki illərdə də belə hava şəraiti müşahidə olunub”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, yaxın 2 gündə, yəni mayın 23-ü axşamdan 25-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə yağışlar intensiv xarakter daşıyacaq, dolu düşəcəyi ehtimal olunur.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR