Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər

Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər
14:22 22 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın icazəsi olmadan Avropa Parlamentinin (AP) Dağlıq Qarabağa səfər edən üzvləri AP adından çıxış etmirlər.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli Məclisdə jurnalistlərə deyib.

O qeyd edib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmək AP nümayəndələrinin öz təşəbbüsüdür:

“Yəni, səfər Avropa Parlamentinin adından olmayıb, onlar Avropa Parlamentinin adından çıxış etməyib, bəyanat verməyiblər. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan, o parlamentarilərin şəxsi səfərlərinə qarışa bilmərik”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2757638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR