Avropa çempionatında 5 medal

Avropa çempionatında 5 medal
14:22 22 May 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyanın paytaxtı Belqradda kiçik yaşlı yeniyetmələrin Avropa çempionatı keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıb.

Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamıza Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR