Devid MakAlister Avropa Parlamenti deputatlarının Qarabağa icazəsiz səfər etməsinə münasibət bildirib

Devid MakAlister Avropa Parlamenti deputatlarının Qarabağa icazəsiz səfər etməsinə münasibət bildirib
14:22 22 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Avropa Parlamentinin deputatlarının Azərbaycan ərazisi olan Dağlıq Qarabağa icazəsiz səfər etməsinə münasibət bildirib.
“Report”un xəbərinə görə, D.MakAlister Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib ki, həmin deputatlar Dağlıq Qarabağ ərazisinə öz təşəbbüsləri ilə səfər ediblər: “Yəni, səfər Avropa Parlamentinin adından olmayıb. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan o parlamentarilərin şəxsi səfərlərinə qarşa bilmərik”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/devid-makalister-avropa-parlamenti-deputatlarinin-qarabaga-icazesiz-sefer-etmesine-munasibet-bildiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR