İslam oyunlarının bağlanışına gedənlərə MÜRACİƏT

İslam oyunlarının bağlanışına gedənlərə MÜRACİƏT
14:29 22 May 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a bildirilib ki, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra daşınma prosesinə start veriləcək.

 

Tamaşaçıların daşınması saat 17:00-dən 200-dək davam edəcək. Bakı Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR