Trampın evli qızına elçi düşdü

Səudiyyə Ərəbistanının iş adamlarından biri Bədir Fəhd Abdullah ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampa elçi düşüb.

Metbuat.az-ın məlumatına görə, o, Kral Salman Bin Səuddən istəyini “Ağ ev” rəhbərinə çatdırmağı xaiş edib. Bədir Fəhd bu barədə sosial şəbəkədə video paylaşıb:

“Mən Bədir Fəhd Abdullah Kral Salmandan Trampın qızı İvankanı Allahın əmri Peyğəmbərin buyruğu ilə mənim üçün istəməsini tələb edirəm”

Qeyd edək ki, İvanka və onun həyat yoldaşı Cared Kuşner Ər-Riyadda səfərdə olan Donald Trampı müşayiət edir. Cütlüyün iki övladı var.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR