Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Gürcüstanın baş naziri ilə görüşüb
14:42 22 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 22 may. REPORT.AZ/ Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə müdafiə sahəsində hərbi əməkdaşlığın möhkəmləndirilməsi və hərbi sahədə təcrübə mübadiləsi məsələləri müzakirə olub.
Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə arasında üçtərəfli əməkdaşlığın formatı, habelə strateji nəqliyyat strukturlarının müdafiəsi məsələlərini də nəzərdən keçiriblər. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycanin-mudafie-naziri-gurcustanin-bas-naziri-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR