Baku Street Festivalı - yazın ən rəngarəng festivalı keçirildi - FOTO

Baku Street Festivalı - yazın ən rəngarəng festivalı keçirildi - FOTO
14:52 22 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Yazın ən rəngarəng festivalı bakılıların və xarici qonaqların böyük marağına səbəb olmuşdur. İçərişəhər Qoşa Qala meydançası öz qapılarını 20-dən çox restoranlara və bütün dünyadan unikal reseptləri olan mətbəxlərə: azərbaycan, ərəb, meksikan, ispan, türk və digərlərinə açmışdır. Və bütün bunların hamısı ayaqüstü formatında  çox ucuz qiymətə olmuşdur. Hər kəs  öz zövqünə və istəyinə görə seçim edə bilərdi. Meydançanın mərkəzində xüsusilə festival üçün böyük qazon döşənmişdir - hər kəs üçün böyük piknik! Qonaqlar üçün böyük ispan paellası düzəldilmiş, qara dondurma verilmiş, DJ`lər əsl musiqi savaşı yaratmış və aşpazlar master klasslar təşkil etmişlər. Bir sözlə, unikal yeməklər , konkurslar və hərarətli musiqi ilə əsl mətbəx oazisi təşkil edilmişdir.

Festival səhər saat 11-dən axşam 11-ə qədər olmuşdur və giriş pulsuz idi. Hər kəs, kimki özü üçün yenilik kəşf etmək istəmişdilər və İçərişəhərdə yemək oazisində unudulmaz bazar günü keçirmək istəmişdi - Baku Street Festivalı onlara öz qapılarını açmişdi.
Bu festivalın ilk sezonu idi, haradaki hər bir sahibkar öz restoranlarının ayaqüstü rejimində olan konseptlərini yoxlaya bildilər və təşkilatlarını daha necə inkişaf etdirə biləcəklərini başa düşdülər. Biz beynəlmiləl qonaqları və iştirakçıları gözlədiyimiz kimi tədbir də hər il keçirilməyi vəd edir. Buna görə də festivalımız inkişaf etdiriləcək və publikanı yeni ideya və yeməklərlə təəccübləndirəcək.
Festivalın keçirilməsi İçərişəhər qoruğu, 404found kreativ agentlik və Azərbaycanda ilk onlayn kulinar portal Meal For Real tərəfindən təşkil olunub.
Təşkilatı dəstək - Demir Bank, Bizim Tarla, Az Qida Sert, Coca-Cola, Doğadan və Bonaqua.
Məlumatı dəstək - Trend.az, Day.Az, Milli.Az, Azernews.az. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR