Londonda evlər gözlənilmədən bahalaşıb

Londonda evlər gözlənilmədən bahalaşıb
14:52 22 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Londonda yaşayış evlərinin qiymətləri aprel ayı ilə müqayisədə 2,1% artaraq orta hesabla 649 864 funt sterlinqə (846 min ABŞ dolları) yüksəlib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu məlumat "Rightmove Plc" əmlak saytı tərəfindən yayılıb. 
Bildirilir ki, iyunun 8-də B.Britaniyada keçiriləcək ümumxalq səsverməsinin yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, evlərə tələbatın artımı müşahidə olunur.
"Rightmove" şirkətinin direktoru Maylz Şipsayd (Miles Shipside) hesab edir ki, ölkənin digər regionları ilə müqayisədə paytaxt Londonda satıcılar təkliflərini verməkdən qaçırlar, bu da qiymətlərin artmasına səbəb olur.
Sayt həmçinin qeyd edir ki, Britaniya üzrə ev qiymətləri may ayında 1,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/londonda-evler-gozlenilmeden-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR