Səməd Seyidov: “Avropa Parlamentində Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılmasına tərəftarıq”

Səməd Seyidov: “Avropa Parlamentində Ermənistan-Azərbaycan Sülh Platformasının yaradılmasına tərəftarıq”
14:52 22 May 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ “Ermənistan-Azərbaycan arasında Sülh Platformasının Avropa Parlamentində və başqa beynəlxalq təşkilatlarda həyata keçirilməsinin tərəftarıyıq”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterlə birgə Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qarşılıqlı münasibətlər ikitərəfli olmalıdır: “Azərbaycan həm danışıqlara, həm də əlaqələri qurmağa hazırdır. Qarşı tərəfin razılığının olması isə sual altındadır. Əminəm ki, açıq, sərbəst və bu şəkildə təşkil olunmuş işlər həm Azərbaycan parlamenti, həm də Avropa Parlamenti arasında münasibətləri yüksək səviyyəyə qaldıracaq. Bununla da Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacaq”.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/semed-seyidov-avropa-parlamentinde-ermenistan-azerbaycan-sulh-platformasinin-yaradilmasina-terefta

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR