Dəmir Yolunda qanvermə aksiyası keçirilib

Dəmir Yolunda qanvermə aksiyası keçirilib
14:55 22 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev Fondunun rəhbərliyi ilə talassemiyalı xəstələrə dəstək məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qanvermə aksiyası keçirir. Aksiya bu gün saat 10:00-da Bakı dəmir yolu xəstəxanasında başlayıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, talassemiyalı xəstələrə qayğının göstərilməsi Heydər Əliyev Fondunun, şəxsən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsinin dəstəklənməsi üçün dövlət və kommersiya strukturlarının, eləcə də QHT-lərin cəlb edilməsi istiqamətində böyük işlər görülüb.

Layihə çərçivəsində Azərbaycan Talassemiya Federasiyası, əsasən, korporativ donorluq ideyalarını geniş təbliğ edərək, ölkəmizin paytaxtı və regionlarında qan donorluğunun təşviqi və təmənnasız qanvermə aksiyalarının təşkili ilə məşğul olur. Bununla da talassemiyalı xəstələrin lazımi miqdarda qan ilə təmin edilməsi istiqamətində Mərkəzi Qan Bankına köməklik göstərilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2757660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR