Oyunların bağlanış mərasimlərində iştirak edəcək tamaşaçılara xəbərdarlıq

Oyunların bağlanış mərasimlərində iştirak edəcək tamaşaçılara xəbərdarlıq
14:58 22 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra saat 17:00-da daşınma prosesinə start veriləcək və proses saat 20:00-dək davam edəcək.

“Bakl Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/199737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR