Unikal əməliyyat: əlini qarnına tikdilər - FOTO

Unikal əməliyyat: əlini qarnına tikdilər - FOTO
15:05 22 May 2017
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

İşdə baş vermiş o məşum hadisədən sonra həkimlərin əlimi kəsəcəklərini düşünürdüm. Şükürlər olsun Tanrıya ki, mənə yardım etdilər.

43 yaşlı braziliyalı Karlos Mariotti dünyanın ən unikal cərrahiyyə əməliyyatlarından birinə məruz qalıb.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Braziliyada cərrahlar Mariottinin sol qolunu onun qarnına tikmişdilər.

Karlosun sol əli indi boksçu əlcəyinə oxşasa da, o, yeni plastik əməliyyatlar sayəsində barmaqlarının bərpa ediləcəyinə ümid edir.

"Santa Otilia Foundation Hospital"ın cərrahlarının dediklərinə görə, Mariottinin sol əlini qarın boşluğuna tikməklərdə məqsədi əlin ətinin qanla təmin olunması idi.

Bu isə əlin qorunması şansı yaradıb.

"İdiyədək belə əməliyyat aparmamışdıq. Qarının dərisini əzələlərdən ayırıb onun əsasında xüsusi kisə hazırladıq. Beləcə, əl 42 gün bu "kisə"də qaldı", - cərrahlar deyiblər.

Mariottinin sözlərinə görə, əli qarnında olanda özünü çox qəribə hiss edirdi: "Üstəlik, həkimlər mənə sürəkli olaraq barmaqlarını tərpətməyi tapşırmışdılar. Mənsə hər gün özümə deyirdim ki, qolumu tərpətməməliyəm, əks təqdirdə tikişlər sökülərdi, bütün proses də alt-üst olardı".

Mariottinin sol əli indi o qədər də yaxşı görünmür. Lakin cərrahlar yaxın zamanda yeni əməliyyatların olacağını deyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR